Siyasət
21.01.2021 09:38
490

"Dağlıq Qarabağ problemi Ali Baş Komandanın düzgün siyasəti, tükənməz əzmi ilə öz həllini tapdı"

2020-ci ildə bir çox cəbhədə mübarizə aparan Azərbaycan bu sınaqlardan uğurla keçdi.


BMT-nin 4 qətnaməsini pozan Ermənistan Respublikası 2020-ci il noyabrın 10-da imzalanan bəyanata əsasən illərdir həllini tapmayan Dağlıq Qarabağ problemi Ali Baş Komandanın düzgün siyasəti, tükənməz əzmi və Ordumuzun igidliyi ilə öz həllini tapdı. 
Gündən-günə çiçəklənən ölkəmiz öz baharını yaşayır. Bundan sonrakı addımlarımız Qarabağımızı yenidən abadlaşdırmaq üçün Prezidentimiz tərəfindən atılan hər addımda onu dəstəkləmək, onun ətrafında sıx toplaşmaq biz Azərbaycan vətəndaşlarının borcudur. Prezidentimiz yaxın günlərdə Şuşa şəhərinə səfəri zamanı "Xarıbülbül" festivalının keçiriləcəyi barədə xəbər vermişdi. Gələcəkdə bu festivalların sayı artacaq. Ali Baş Komandanımızın dediyi kimi "Dostlarımız sevinsin, düşmənin gözü kor olsun". Elə də olacaqdır.  Azərbaycan-Türkiyə quru yollarından əlaqə yaradılması barədə lahiyədə təqdim olunub. Dünyanın çoxsaylı qlobal münaqişələri sırasında 30 ildən artıq bir müddətdə beynəlxalq ictimaiyyəti narahat edən Qarabağ problemi həll olunması, orada yadılacaq işlərin təməllərinin atılması ilə Azərbaycanın yeni dövrü başlayır. Azərbaycan  Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb. 


Ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da məqsədi aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasıdır. 2020-ci ildən başlayaraq Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin də, uyğun qaydada bərpası həyata keçiriləcək. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Biz öz doğma torpaqlarımıza qayıtdıqca  Qarabağda həyat canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış, istehsal təmin edilir. Torpaqlarımıza “Böyük qayıdış" davam edir. Bundan əlavə, Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı - Sərsəng su anbarı da Qarabağ ərazisindədir. Keçmişdə Sərsəng su anbarı Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Sərsəng su anbarı Ermənistanın əlində regional ekoloji və milli təhlükəsizlik üçün təhdid idi. Azərbaycan mineral su ehtiyatlarının 40 faizinə qədəri işğaldan azad edilmiş torpaqlardadır. Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasının başlanğıcındayıq. Biz Qarabağda möhtəşəmliklər yaradacayıq. Ali Baş Komandanımız sübut etdi ki, "Qarabağ Azərbaycandır!"


Fuad Heydər,

Yeni Azərbaycan Partiyasının Səbail Rayon Gənclər Birliyinin sədr müavini.

Dağlıq Qarabağ
İlham Əliyev
Ali Baş Komandan
Azərbaycan Ordusu
Şuşa
Loading...