Daha dəhşətli olacaq – İmmunoloqdan koronavirus proqnozu
Sağlamlıq
24.12.2020 02:00
244

Daha dəhşətli olacaq – İmmunoloqdan koronavirus proqnozu

Koronavirus da daxil olmaqla hər hansı virusun mutasiyası mütəmadi olaraq baş verir. Bu, onların sağ qalma mexanizmi və inkişaf yoludur. Mövcud pandemiyanın günahkarı olan virus yeni təkamül üstünlükləri və daha yaxşı yaşamaq qabiliyyəti qazandığı zaman hər kəs üçün dəhşətli nəticələrə səbəb olacaq. Bu, mutant koronavirusun aşkarlandığı İngiltərədə də ola bilərdi.


MediaBaku.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-immunoloq Vladislav Jemçuqov deyib.


“İndi virus aşağı temperaturda yaxşı inkişaf edə bilmir, bəs zamanla mənfi dörd dərəcədə yaşamağı öyrənsə, necə olacaq? Hər kəs üçün dəhşətli olacaq. Virus üçün öldürücü olmaq sərfəli deyil, o zaman yaşamaq imkanlarını itirəcək. Əgər dünya əhalisinin 60-70%-i immunitetə sahib olarsa, onda virus heyvanlarda qalacaq və immuniteti olmayan insanların növbəti nəslini gözləməli olacaq”, - immunoloq verdiyi müsahibədə deyib.


Alimin fikrincə, virus çox tez mutasiya edir. Gedən bütün bu dəyişikliklər isə virusun daha sürətlə yayılmasını təmin edir.


“İnsandan insana yayılma ehtimalına gətirib çıxaran mutasiya onun üçün inqilab oldu, çünki bundan sonra virus bütün dünyanı ələ aldı”, - ekspert qeyd edib.


Həkim bildirib ki, koronavirus gələcəkdə ensefalit kimi təbii fokal və ya qrip kimi mövsümi xəstəliyə çevrilə bilər.

Loading...
Loading...