Davamlı sülhün təmin olunması gələcək rifahın əsasıdır
Siyasət
06.03.2021 14:56
483

Davamlı sülhün təmin olunması gələcək rifahın əsasıdır

Tarixən normal qonşuluq münasibətlərində yaşamış  region xalqları üçün bu gün də sülh və əmin-amanlıq şəraitində yaşamaq keçərli olmalıdır.

Yaşadığımız regionda erməni xalqının öz qonşularına qarşı bu qədər nifrət, düşmənçilik mövqeyində yaşaması onların bir növ acizliyinin təzahürüdür. Buna sözsüz ki, zaman-zaman bir çox amillər təsir etmişdir. Sonradan bu yerlərə köçürülmüş bu millət sanki məhv olacağından, assimliyasiya edəcəyindən qorxaraq yeni-yeni iddialarla çıxış etməyə başlamışdır. Öz torpağı, eli-obası olmayan bir millətin qonşuluq münasibətlərinin nədən ibarət olmasını anlaması əlbətdə ki, çətin məsələdir. Bu səbəbdən onlardan alət kimi istifadə edilməsi, onlarda millətçilik, şovinist ideyaların inkişaf etdirilməsi məntiqi cəhətdən sadə proses idi. Bəli həqiqətin, haqq-ədalətin bərpa olunduğu, beynəlxalq münasibətlərin inkişaf etdiyi bir zamanda ermənilərin qonşuları ilə, xüsusilə də azərbaycanlılarla normal münasibətlərdə yaşamaları deyərdim ki, labüddür və qaçılmazdır.

Bunu əlbətdə ki, şərtləndirən xeyli amillər vardır. Bu həm humanitar, həm iqtisadi, həm də siyasi amillərlə bağlıdır.  Proseslər göstərir ki, bu gün regionda davamlı inkişaf, davamlı sülh yolundan keçir. Tarix göstərir ki, müharibələr həm insan itkisinə, həm də infrastrukturun dağlmasına gətirib çıxarır. Sülhün və sabitliyin bərqərar olması inkişafa, çiçəklənməyə və rifaha aparan bir yoldur ki, bunu xalq olaraq, cəmiyyət olaraq biz hər zaman dəstəkləmişik və bu bizim kökümüzdən, mənşəyimizdən qaynaqlanır. Bizim haqq savaşımızın yekun nəticəsi kimi imzalanmış üç tərəfli 10 Noyabr Bəyanatı ilə regonda davamlı sülhə və davamlı inkişafa nail olmaq mümkündür. Ötən dövr ərzində tərəflərin bu Bəyanata uyğun hərəkət etdiklərini görürük. Ermənistanda faktiki bu kapitulyasiya aktına qarşı müəyyən çağırışlar olsa da, onların bundan başqa şıxış yolları yoxdur desək daha doğru olar. Əks təqdirdə bu onlar üçün faciəyə bərabər ola bilər. 

Dövlət başçımız cənab İlham Əliyev hər müsahibəsində, hər çıxışında bu iki millətin birgə yaşayışının mümkün olacağını vurğulayır və bununla da xalqına aydın mesajlar verir. Çünki qalib xalq olaraq torpaqlarımızda ermənilərlə birgə yaşaya bilərik. Vətən Müharibəsinə qədər 30 min erməninin Azərbaycanda tam azad, problemsiz yaşaması fakt deyilmi? Bu gün Azərbaycanda yaşayan çoxsaylı xalqların özlərini necə xoşbəxt hiss etmələrini bütün dünya bilir. Dinlər arasında qardaşlıq, tolerantlıq dünyaya nümunə hesab edilir. Biz bu torpaqların sahibi olaraq digər xalqların nümayəndələri kimi, erməni milləti ilə də normal münasibətlər səviyyəsində yaşaya biləcək xalqıq. Çünki, biz böyük tarixi olan xalqıq. Çünki, bizim cənab İlham Əliyev kimi müdrik, uzaqgörən dahi siyasətçimiz, Prezidentimiz var!

 İradə Nağıyeva

Rayon ziyalısı

Loading...