Dəfndə hansı qohumlar iştirak edə bilərlər?  - RƏSMİ
Cəmiyyət
13.12.2020 04:54
447

Dəfndə hansı qohumlar iştirak edə bilərlər? - RƏSMİ

Daxili İşlər Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə dəfnində iştiraka icazə verilən yaxın qohumlarla bağlı məsələyə aydınlıq gətirib.

MediaBaku.Az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə uyğun olaraq yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aiddirlər.

Loading...
Loading...