Dəhşətli hadisə:  Arvadı ilə yol gedərkən qarşısını kəsdi, müdaxilə etməsəydi...
Dünya
27.12.2020 22:44
514

Dəhşətli hadisə: Arvadı ilə yol gedərkən qarşısını kəsdi, müdaxilə etməsəydi...

Kayseridə Əli U. (39) tanımadığı şəxslə mübahisə zamanı səhvən əlindəki silahla özünü yaralayıb.


MediaBaku.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Türkiyənin Melikgazi rayonunun Esenyurt Məhəlləsinin Sakarya Prospektində baş verib. 


İddialara görə, Əli U. həyat yoldaşı ilə evinə getdikdə, adı hələ məlum olmayan şəxslə qarşılaşıb. Aralarında mübahisə davaya çevrilib. Əli U. silahını həmin şəxsə tuşlayıb. Bu zaman həyat yoldaşı ona müdaxilə etmək istəyib. Buna görə də, o, səhvən özünü sağ ayağından yaralayıb. Onun qarşılaşdığı şəxs isə hadisə yerindən qaçıb. Əli hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə Kayseri Şəhər Xəstəxanasına aparılıb. 


Polis hadisə ilə bağlı istintaq başladıb.


Sabit Əliyev

Loading...
Loading...