Dəhşətli qəzada ölən Yeganənin son paylaşımı:  Darıxmışam ATU - FOTO
Cəmiyyət
30.11.2020 17:55
186

Dəhşətli qəzada ölən Yeganənin son paylaşımı: Darıxmışam ATU - FOTO

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb. Hadisə Nobel prospektində qeydə alınıb. Bu gecə avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar.

MediaBaku.az azxeber.com-a istinadla xəbər verir ki, vəfatından sonra Yeganə Məmmədovanın bir müddət öncə sosial şəbəkədə yazdığı post yenidən gündəmə gəlib.
 
Yeganə təhsil aldığı Azərbaycan Tibb Universitetinə çox bağlı olduğunu bildiribmiş: 
 
"Darıxmışam, işləməyən fəvvarənin başına mənasızca fırlanmaq üçün, çıxarkən perojkini biz bişirmişcəsinə üzərimizdə qoxu saxlayan əsasın bufeti, heç vaxt yer tapmayıb ayaqüstü yediyimiz "fizkim", "anat" bufetləri, aramıza yeni qatılan cücüyəbənzər kolluq, "xanım bu lift tələbələr üçündür" ilə başlayan lift davaları, mallda oturarkən zəng edən müəllimə "qrup yoldaşımız zəhərlənib semaşkoda mədəsini yuduzdururuq" bəhanələri, günlük ən azı 10 km kafedradan kafedraya qaçmaq (yoxluğunda kökəlmişəm) üçün, bir sözlə darıxmışam ATU".
 
Xatırladaq ki, tibb işçiləri FHN-in Modul Tipli Tibb Mərkəzində çalışıblar. Onlar evə qayıdarkən qəzaya düşüblər. 
 
Allah rəhmət eləsin.
 
Yeganənin fotolarını təqdim edirik: 


Loading...