Dekabrın 26-da saat 00:01-dən etibarən bu ölkədə  - CİDDİ QADAĞALAR
Dünya
22.12.2020 11:19
405

Dekabrın 26-da saat 00:01-dən etibarən bu ölkədə - CİDDİ QADAĞALAR

Kanadada insanların sıx yaşadağı Ontario əyalətinin hakimiyyət orqanları yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən 26 dekabrdan etibarən bütün ərazisində vətəndaşlar üçün sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.


MediaBaku.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə regionun başçısı Daq Ford jurnalistlərə açıqlamasında bildirib. 


“Ontarioda yoluxanların sayı artmağa davam edir. Əgər indi tədbir görməsək, nəticələr fəlakətli olacaq. Ontario ərazisində dekabrın 26-da saat 00:01-dən etibarən “lokdaun” rejimi tətbiq edilir”, - deyə Ford qeyd edib. Onun sözlərinə görə, Ottava və Toronto kimi şəhərlərin yerləşdiyi əyalətin cənub hissəsində məhdudiyyətlər 28 gün, şimalında isə 14 gün davam edəcək.


​Məhdudiyyətlər ilkin zərurət malları satmayan bütün ticarət nöqtələrinin, idman zalları, kafe və restoranların bağlanacağını nəzərdə tutur. Ontarioda 21 dekabrda başlayan qış tətili kiçik sinif şagirdləri üçün yanvarın 11-dək, yuxarı sinif şagirdləri üçün isə yanvarın 25-dək uzadılacaq. Əhaliyə zərurət olmadıqda evlərini tərk etməmək tövsiyə olunub.

Loading...
Loading...