Deputat : “Koronavirusa qarşı effektiv mübarizə aparmaq üçün hökumət sanitar -epidemoloji xidmətə diqqəti artırmalıdır”
Cəmiyyət
27.12.2020 01:11
535

Deputat : “Koronavirusa qarşı effektiv mübarizə aparmaq üçün hökumət sanitar -epidemoloji xidmətə diqqəti artırmalıdır”

Koronavirus epidemiyası  bizə qarşıdakı illərdə sanitar-epidomoloji xidmətin yüksəldilməsi üçün bu sahəyə diqqət artırılmalmasını zəruri edir.


MediaBaku.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu millət vəkili İlham Məmmədov 2021-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.


Millət vəkili 2021-ci ilin büdcəsinin müsbət cəhətlərini qeyd etməklə yanaşı, gələcəkdə sanitar-epidemoloji xidmətin fəaliyyətinin daha da güclənidirilməsinin  vacidliyini dilə  gətirib. O bildirib ki, düzdür, ilk dəfə olaraq dövlət büdcəsində sanitar-epidemoloji xidmətə büdcədən vəsait ayrılması ilə bağlı xüsusi bir bənd salınıb. “Növbəti ilin büdcəsində sanitar-epidemoloji xidmətin maddi texniki bazasının təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyini təmin edilməsi məqsədi ilə 42,5 milyon manata vəsaitin ayrılması nəzərdə tutulur. Amma hesab edirəm ki, bu vəsaiti bir az da artırmaq olar. Çünki koronavirus epidemiyası  hələ nə qədər davam edəcək heç kim bilmir. Ona görə də bu sahədə peşəkar  kadr komandasının və sanitar-epidemoloji xidmətin  müasir dövrün tələblərinə cavab verən  maddi-texniki baza ilə təmin olunmasına ciddi ehtiyac var”- millət vəkili qeyd edib.


O əlavə edib ki, düzdür, pandemiya başladığı andan etiabrən cənab Prezidentin tapşırığı əsasında  sanitar-epidomoloji xidmətin maddi-texniki bazasının təkmilləşdiirlməsi istiqamətində ciddi addımlar atılıb və bu məqsədlə xidmətə 150-dək avtomobil verilib, kompyuterlərlə, soyuducularla  təmin edilib. “Ancaq yanvar ayından etibarən pandemiyaya qarşı vaksinasiya prosesinə başlaması nəzərdə tutulur.  Vaksinlərin saxlanması üçünsə soyuduculara ehtiyac  olacaq. Digər tərəfdən bundan sonra davamlı olaraq  ölkədə sanitar-epidemoloji vəyiytətin, o cümlədən koronavirusa yoluxan xəstələrin monitorinqini aparmaq  lazım gələcək. Ona görə də bu xidmətin maddi-texniki bazasının gücləndirilməsinə, müasir dezinfeksiyaedici avadanlıqlaırn, maddələrin alınmasına  ehtiyac yaranacaq.


Odur ki, bu sahənin kompleks inkişaf etdirilməsi hökumətin diqqətində olmalıdır. Çünki bu sahədə əməkhaqqı az olduğundan burada işləməyə gələnlər azdır. Ona  görə də bu sahədə   peşəkar kadr komandasının formalaşdırılması və onlaırn maaşlarının artırılması isitiqamətində addımlar atılmalıdır. Gizli düşmən açıq düşmndən daha təhlükəlidir və bu sahə hər zaman diqqətdə saxlanılmalıdır”.

İlham Məmmədov
Deputat
Milli Məclis
Koronavirus
Loading...
Loading...