DİN: Azərbaycanda törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb
Ölkə
23.11.2021 09:08
420

DİN: Azərbaycanda törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün Azərbaycanda törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb.


Bu barədə MediaBaku.az-a Daxili İşlər Nazirliyindən bildirilib.


Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 93 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Loading...
Loading...