Doğmaları geri dönüşünü gözləyirdi  - 72 gün sonra şəhid xəbəri gəldi
Cəmiyyət
25.12.2020 17:55
124

Doğmaları geri dönüşünü gözləyirdi - 72 gün sonra şəhid xəbəri gəldi

Vətən müharibəsinin iştirakçısı olan Əmrahov Vüqar Mübariz oğlunun 72 gün sonra Şəhid xəbəri gəlib.

MediaBaku.az xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov özünün "Facebook" hesabında yazıb.

"Qəhrəmanımız, Əmrahov Vüqar Mübariz oğlu əvvəlcə 2016-cı il Aprel döyüşlərində, Lələtəpə istiqamətində yaralanıb, müalicə aldıqdan sonra yenidən xidmətə yollanıb. 27 sentyabrda başlayan Vətən müharibəsində isə Vüqar Murovdağ cəbhəsindəki döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadət zirvəsinə yüksəlib. Lakin ailəsinin bundan xəbəri olmadığı üçün adı itkin düşmüşlər siyahısına əlavə edilib. 72 gün sonra böyük ümid hissi ilə Vüqarın geri dönüşünü gözləyən doğmaları onun Şəhid olma xəbərini eşitdi. Vətənin bu cür qəhrəman oğullarına eşq olsun!", - deyə partiya sədri bildirib.


Xəyal Abdullayev

Şəhid
Loading...
Loading...