Dostunu 17 km ÇİYİNLƏRİNDƏ DAŞIYAN yaralı  KAPİTANI TANIYIN – FOTO
Cəmiyyət
30.11.2020 09:58
298

Dostunu 17 km ÇİYİNLƏRİNDƏ DAŞIYAN yaralı KAPİTANI TANIYIN – FOTO

Yaralı halda dostunu çiyinlərində daşıyan xüsusi təyinatlı hərbçi, kapitan Əli Kərimovun hekayəsi həqiqətən də qürurvericidir.

MediaBaku.az sonxeber.az-a istinadən xəbər verir ki, məlumata görə döyüş zamanı güllələrdən biri onun üzərindəki avtomatın darağına, digər güllə isə üzərindəki qumbaraya dəyib. Xoşbəxtlikdən qumbara partlamayıb. Daha sonra düşmənin səngərinə hücum edərək yaxın döyüşə girmək istəyən kapitan, snayper gülləsi ilə uzaqdan vurulub. Güllə onun ayağının bir tərəfindən girib digər tərəfindən çıxır. Buna baxmayaraq özünə ilkin tibbi yardım göstərən hərbçi, döyüşməyə davam edərək çox sayda ermənini məhv edir. Bu vaxt Əlinin döyüş yoldaşı ağır yaralanır. O, özü yaralı olmasına baxmayaraq, ağır vəziyyətdə olan yoldaşını 17 kilometr çiyinlərində daşıyıb.


Loading...