DSMF-nin bu il əhaliyə ödədiyi vəsait açıqlayıb
Sosial
13.05.2022 14:14
1715

DSMF-nin bu il əhaliyə ödədiyi vəsait açıqlayıb

Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə əhaliyə 2,2 mlrd. manata yaxın vəsait ödənilib.

MediaBaku.az xəbər verir ki, Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2022-ci ilin yanvar-aprel  aylarında  pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 mln. manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.
Loading...
Loading...