DTX rəisi Rüstəm Muradovla görüşdü  - FOTOLAR
Cəmiyyət
09.12.2020 12:13
250

DTX rəisi Rüstəm Muradovla görüşdü - FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub.

MediaBaku.az xəbər verir ki, general-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb.

Eyni zamanda DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə etmiş və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradov ilə görüşmüşdür.


Loading...
Loading...