Düşmən fərq qoymadan mülki vətəndaşları hədəfə alır Hikmət Hacıyev
Siyasət
26.10.2020 18:21
152

Düşmən fərq qoymadan mülki vətəndaşları hədəfə alır Hikmət Hacıyev

Saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarına 100-dən çox top mərmisi atılıb. Fərq qoymadan mülki vətəndaşlar hədəf alınıb. Bu, Ermənistanın humanitar atəşkəs öhdəliklərinə necə əməl etdiyini göstərir. Xoşbəxtlikdən, vətəndaşlar arasında itki yoxdur.

Mediabaku xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

Loading...
Loading...