Düşmən təxribatları nəticəsində ölən mülki şəxslərin sayı açıqlandı Baş Prokurorluq
Cəmiyyət
26.10.2020 14:58
137

Düşmən təxribatları nəticəsində ölən mülki şəxslərin sayı açıqlandı Baş Prokurorluq

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Mediabaku xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yararsız hala düşüb.




Loading...
Loading...