Düşmənin 50-dən çox canlı qüvvəsini məhv edən Şəhid Elnur İbrahimov - FOTOLAR
Müharibə
29.12.2020 01:41
843

Düşmənin 50-dən çox canlı qüvvəsini məhv edən Şəhid Elnur İbrahimov - FOTOLAR

Dövlət sərhəd xidməti Xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçusu  gizir İbrahimov Elnur Dönməz oğlu1998-ci il avqustun 29-da Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. Ailədə 2 qız, bir oğlan olan ailənin 3-cü uşağı idi. Yəni ailənin tək oğlu olub.

 
2004-cü ildə Ələt qəsəbəsinin 302 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib, 2015-ci ildə 11-ci sinifi bitirib. 2016-cı ildə həqiqi hərbi  xidmətə yollanıb. Hərbi xidməti Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ilə İran sərhədində keçirib. 2018-ci ilin aprel ayında isə hərbi xidməti bitirib. Hərbi xidməti  bitirdikdən sonra Dovlət Sərhəd Xidmətinin gizir kursunda təhsil alıb. 2019-cu ilin aprel ayında Dövlət Sərhəd Xidmətinin Lənkəran korpusunda gizir rütbəsi qrup komandiri vəzifəsi ilə işə başlayıb.

 
2020-ci il avqust ayında könüllü olaraq Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibinə keçib. Avqust ayından Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində Daşkəsən rayonunda təlimlər keçib. Sentyabrın 27-də müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Əvvəl Kəlbəcər istiqamətində Murov zirvəsinin alınmasında iştirak edib. Sonra Cəbrayıl, Zəngilan şəhərlərinin, Xudafərin körpüsünün alınmasında və hamısının bayraq taxılmasında onlarla kəndlərin, o cümlədən Araz çayı boyunca bütün kəndlərin alınmasında iştirak edib. Düşmənin 50-dən çox canlı qüvvəsini məhv edib. Yoldaşları ilə birlikdə düşmənin çoxlu sayda hərbi texnikasını, silah sursatını qənimət götürüblər. Lakin özü təkbaşına düşməni məhv edib. O, düşmənin qumbaraatanını da qənimət götürüb. Döyüş zamanı başlarına qumbara yağışı yağmasına baxmayaraq yanındakı şəhidləri, yaralıları qorxmadan döyüş meydanından çıxarıb. Qumbara yağışı altında yoldaşlarına qorxmadan kömək etdiyinə görə,  yoldaşları Elnura nur işığı adı qoyublar.


Oktyabrın 21-də Zəngilan ərazisində düşmən tərəfindən basqın olub. Elnur onlarla düşməni məhv etdikdən sonra düşmən gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına şəhid olub. Oktyabrın 22-də Hacıqabul rayonunun Navahı kəndində dəfn olunub. 
O, döyüşdən sonra yaralıları döyüş meydanından çıxararkən şəhid olub.

 
Ölümündən sonra Vətən uğrunda, döyüşdə fərqlənməyə görə, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

 
Fəxriyə Qarayeva



Loading...