DYP FHN-i məhkəməyə verdi
Ölkə
15.09.2021 17:32
484

DYP FHN-i məhkəməyə verdi

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cərimələnə bilər. 

Qaynarinfo xəbər verir ki, qurum yol hərəkəti qaydalarını pozub. Baş Dövlət Yol Polisi isə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərib. İş hakim Azər Tağıyevin icraatındadır. 


İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsin qeyd edilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxs üç yüz manat məbləğində cərimə edilir.
Loading...
Loading...