Əhaliyə şad xəbər: pensiya və müavinətlər artırılacaq - VİDEO
Ölkə
23.06.2022 09:32
951

Əhaliyə şad xəbər: pensiya və müavinətlər artırılacaq - VİDEO

Pensiya və müavinətlər artırıla bilər. Çünki Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri artırılır.

MediaBaku.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, büdcədəki artım öncə pensiyalara öz təsirini göstərəcək.

Millət vəkili uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılmasına da diqqət çəkib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərinin də 1 milyon manat artırılması nəzərdə tutulur. Bu artım əsasən ictimai işləri yerinə yetirənlərə yönəldiləcək.


Loading...
Loading...