Ekspert Aslan Əsədov:
Cəmiyyət
14.12.2020 10:38
490

Ekspert Aslan Əsədov: "Bakı-Ağdam-Şuşa-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi..."

"Bakı-Ağdam-Şuşa-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi isə yük və minik avtomobillərinin Şuşa, Xankəndi və Azərbaycanın cənub-qərb bölgələrinə sürətli hərəkəti təmin edəcək. Bu yolu əhəmiyyətli edən əsas məqamlardan biri də Zəngilan-Mehri-Naxçıvan dəhlizi ilə müəyyən kəsişməsinin olmasıdır".

Bu barədə ekspert Aslan Əsədov MediaBaku.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən yol həm də rəmzi məna daşıyır.

“Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun inşası artıq layihələndirilib və yəqin ki buna müəyyən əlavələr də ediləcək. Bu yolun inşasında əsas məqsəd onun yüksək hərəkətlilik qabiliyyətindən maksimum faydalanmaqdır. Həmin yol Şuşaya çəkilən üçüncü yol olacaq. Bu yolun düzənlik ərazilərə yaxın olması, Arazboyu ərazilər və nisbətən alçaq təpəli dağlardan keçməsi yüksək hərəkətə imkan verəcək. Digər tərəfdən, sözügedən yol həm də rəmzi məna daşıyır. Çünki yolun layihəsi Ordumuz tərəfindən hazırlanıb. Bakı-Ağdam-Şuşa-Naxçıvan dəmir yolu xəttinin çəkilməsi isə yük və minik avtomobillərinin Şuşa, Xankəndi və Azərbaycanın cənub-qərb bölgələrinə sürətli hərəkəti təmin edəcək. Bu yolu əhəmiyyətli edən əsas məqamlardan biri də Zəngilan-Mehri-Naxçıvan dəhlizi ilə müəyyən kəsişməsinin olmasıdır.


Bakı-Ələt-Astara magistralının Hacıqabul-Bəhramtəpə-Horadiz yolundan müəyyən məsafədə və həmçinin Hacıqabul-Əhmədbəyli qəsəbəsinə qədər olan məsafənin yaşayış məntəqələrinin daxilindən keçməsi “ölü sürət” fikrinin formalaşmasına yol açmışdı. Yəni “Sabirabad yolu” deyilən ərazidə sürət bəzi yerlərdə 60 və 50 kilometr aralığında dəyişirdi. Bu isə vaxt itkisinə səbəb olurdu. 
Lakin yeni yolların inşası sürücülərin rahatlığını təmin edəcək. Zəngilan-Mehri-Naxçıvan avtomobil yolunun İranın keçid məntəqələri və eyni zamanda, Xudafərin, Ağbənd və Mincivan məntəqələrinin yaxınlığından keçməsi İran şirkətlərinin bu yola marağını artıracaq. Belə ki, İran şirkətləri bu yolu daha sərfəli hesab edəcəklər”, - deyə ekspert bildirib.

O qeyd edib ki, Qarabağ bölgəmiz Respublikamızın ən inkişaf etmiş halına gələcək.

"Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Bərdə-Ağdam-Xankəndi Dəmiryolu tikinti işlərinə sitat verilib.Mehri ərazisindən keçən 40 km-lik məsafədə artıq baxış keçirilib müvafiq işlərə başlanılacaq. Kəlbəcər ərazisinə Göygöl və Daşkəsən ərazisindən müasir avtomobil yolu inşaa ediləcək. Xocalı-Xankəndi, Ağdam, Yevlax, Fizuli ərazisisində inşa olunan hava limanlarına beynəlxalq status alınıb. Qarabağ bölgəmiz Respublikamızın ən inkişaf etmiş halına gələcək. Ölkə başçısının qətiyyəti söyləməyə əsas verir Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!", - deyə A. Əsədov vurğulayıb.

Zahidə Nəbizadə

Loading...