Əli Kərimli:  “Co Baydenin uydurma erməni genosidini tanıması qərarı...”
Siyasət
24.04.2021 22:56
189

Əli Kərimli: “Co Baydenin uydurma erməni genosidini tanıması qərarı...”

“ABŞ prezidenti Co Baydenin uydurma erməni genosidini tanıması qərarı bir əsrdən artıq zamanda erməni terrorundan və işğalından zərər çəkmiş Azərbaycan xalqı tərəfindən böyük təəssüf hissilə qarşılanmışdır. Erməni diasporu və lobbisinin nail olduğu bu qərar ABŞ-ın milli maraqlarına da, prezident Baydenin prioritet elan etdiyi dünyada insan hüquqları və demokratikləşmə prosesini dəstəkləmək siyasətinə də zərər verəcək”.

 

 MediaBaku.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

 

Ə.Kərimli təəssüf hissi ilə qeyd edib ki, bu açıqlama son illərdə xeyli zəifləmiş ABŞ və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin daha da zəifləməsinə səbəb olacaq: “Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 106 il bundan öncə baş vermiş hadisələri kimin necə qiymətləndirməsinin Azərbaycanın Qarabağ bölgəsində və ətrafında hazırda baş verənlərə heç bir aidiyyatı yoxdur və ola bilməz”.

Loading...
Loading...