Cəmiyyət
16.12.2020 00:03
243

"O vaxtlar bizə Qazi yox, Əlil deyib hörmət qoymurdular, uzağı kiminsə yazığı gəlirdi" - Qazinin həyat hekayəsi

"O vaxtlar bizə Qazi yox, Əlil deyib hörmət qoymurdular, uzağı kiminsə yazığı gəlirdi"


Bu barədə MediaBaku.Az-a açıqlamasında qazi Akşin Hüseynov deyib.


"
Mən, 2009 ci ildə yaralanıb hərbi qospitala gələndə hərbi tibbi maşında artıq qan axmadan huşumu itirmişdim. Yolda danışılan, baş verən heç nədən xəbərim olmayıb. Bir neçə saat sonra ayılanda artıq hospitalda idim. Həkimlərin danışığından başa düşdüm ki, ağır kəllə beyin travması almışam, bədənimdə qəlpələr var və iki barmağım mütləq kəsilməlidir. Az sonra başqa bir həkim ona dedi ki, uşağı bədbəxt eləmə barmaqların kəsmədən də neyse etmək mümkündür. Həmin o etirazını bildirən həkim məni əməliyyat etdi. Bütün qəlpələri çıxartmışdı. Sümük zədələnmişdi. Əlimi tikmək mümkün olmadı. Dedilər ki ara məsafəsi çox böyükdür tikmək alınmayacaq çünki əlin içində olan ətin bir parçası artıq yox idi. Həkim dedi ki barmaqların əvvəl ki kimi fəaliyyəti olmasada heç olmasa yerində qala biləcək. Bunu yazmaqda məqsədim odur ki, o vicdanlı həkimin sayəsində barmaqlarım kəsilmədi. Sonra anladım ki mütləq barmaqlarımın kəsilməsini deyən həkim əməliyyatin tez bitməsi üçün, vaxtının az getməsi üçün bele bir qərar vermişdi. İllərdi belə lənətə gəlmiş həkimlərin qurbanı olan hərbiçilərimiz var. Ümüd edirəm ki, bu 44 günlük müharibədə belə həkimlər olmayıb. Neçə yüz əsgərin əlin, ayağının kəsilməsinin qarşısını alan şəxsən tanıdığım həkimlərimiz var. Onlara nə qədər təşəkkür etsəm azdı. Allah vicdanlı həkimlərimizi qorusun. Səhlənkarlıqdan, savadsızlıqdan, vicdansızlıqdan daha rahat yolu seçənlər ki var onlara isə Allahdan nəhlət diləyirəm", - deyə o, bildirib.

Loading...