Ərdoğan:
Siyasət
25.11.2020 13:50
79

Ərdoğan: "Türkiyənin dəstəyi sayəsində Ermənistanın işğalı sona çatıb"

"Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu”.

MediaBaku.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk qrupunun həmsədri bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir dəyəri yoxdur”, - dövlət başçısı bildirib.

Ərdoğan
Qarabağ
Azərbaycan
Ermənistan
Loading...