Ərdoğandan SƏRT AÇIQLAMA:  “Geri çəkilməyəcəyik”
Siyasət
16.12.2020 16:04
114

Ərdoğandan SƏRT AÇIQLAMA: “Geri çəkilməyəcəyik”

“Birtərəfli sanksiyalarla bizi geri addım atmağa məcbur etməyə çalışırlar. Avropa İttifaqı da sanksiyalarla təhdid edirdi. Dünən ABŞ-ın sanksiyaları elan edildi”.


MediaBaku.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


“Bunu çox açıq şəkildə ifadə edirəm. 2017-ci ildən bəri CAATSA çərçivəsində heç bir ölkəyə sanksiya tətbiq edilməyib.Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə qarşı tətbiq olunur. Bu nə ittifaqdır, bu necə müttəfiqlikdir? Bu qərar ölkəmizə qarşı hücumdur. Atdığı addımlara əsas kimi də Türkiyənin Rusiyadan “S-400” sistemləri almasını göstərirlər. ABŞ öz hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satılmasına icazə vermir. Türkiyə “F-35”in minə yaxın hissələrini istehsal edir. ABŞ sanksiya silahını çəkdi, çünki ehtiyaclarımızı başqa bir yerdən təmin etmişik”, - Türkiyə lideri bildirib.


Ərdoğan bütün bunların öz hesabatlarında açıq şəkildə bildirdiklərini qeyd edib:


“S-400”lə bağlı hər hansı bir narahatlığınız varsa, texniki bir işçi qrupu qurub problemi necə həll etmək təklifi ilə getdik. Məqsəd üzüm yemək deyil, bağbanı döyməkdir. “S-400” problemi olmasaydı, buna oxşar məsələlərə əl atacaqdılar.


Müdafiə sənayemizi daha da müstəqilləşdirmək üçün iki qat daha çox çalışacağıq. Layihələri sürətləndirəcəyik və dəstəyi artıracağıq. İsmayıl Dəmiri və komandasını daha çox qoruyacağıq. Yaxın əməkdaşlıqla yolumuza davam edəcəyik. Bu ölkə belə bir vəziyyətlə ilk dəfə qarşılaşmır.


1974-cü il Kipr Sülh Əməliyyatından sonra sanksiya tətbiq edildi və bugünkü müdafiə sənayesinin təməli atıldı”

Loading...