Ərdoğandan SƏRT TƏLƏB:  10 ölkə geri addım atdı (FOTO)
Dünya
25.10.2021 20:36
198

Ərdoğandan SƏRT TƏLƏB: 10 ölkə geri addım atdı (FOTO)

ABŞ və bəzi ölkələrin Ankaradakı səfirliklərinin Vyana Müqaviləsinin 41-ci maddəsi ilə bağlı verdikləri açıqlama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müsbət qarşılanıb.


Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Prezident Admnistrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.


Bildirilib ki, ABŞ-ın Ankaradakı Səfirliyi bu gün etdiyi paylaşımda diplomatın yerləşdiyi ölkənin qanun və qaydalarına riayət etməsini əsas gətirərək Diplomatik Münasibətlər haqqında Vyana Müqaviləsinin 41-ci maddəsinə əməl edilməli olduğunu açıqlamışdı.


Bu paylaşımdan sonra Osman Kavala bəyanatına imza atan Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankaradakı rəsmi səfirləri səfirlik hesabından və ya şəxsi hesablarından açıqlama paylaşaraq, bəzi ölkələr isə ABŞ-ın açıqlamasını "retweet" edərək eyni fikirdə olduqlarını bəyan ediblər.


Almaniya və Fransanın da bəyanatı paylaşması ilə Osman Kavala ilə bağlı açıqlama verən 10 ölkənin hamısı geri addım atmış oldu.


Maddə 41: Dövlətlərin daxili işlərinə qarışmamaq səfirlərin vəzifəsidir


Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatdan yaşadığı ölkənin qanunlarına və qaydalarına hörmət etməyi tələb edir.



Maddədə deyilir:


"Bu cür imtiyaz və toxunulmazlıqlara sahib olan hər bir şəxsin, imtiyaz və müstəqilliyinə xələl gətirmədən qəbul edən dövlətin qanun və qaydalarına riayət etmək vəzifəsidir. Daxili işlərə qarışmamaq da onların borcudur".

Loading...
Loading...