Erməni din xadimləri insanları sülhə deyil, müharibəyə səsləyir FOTOLAR
Hadisə
27.10.2020 18:16
58

Erməni din xadimləri insanları sülhə deyil, müharibəyə səsləyir FOTOLAR

Qarabağ müharibəsində erməni əsgərlərinin ölümündə səbəbkar birinci şəxs Ermənistan Baş Naziri Nikol Paşinyandırsa, ikinci şəxs bütün ermənilərin katolikosu II Qaregindir.

II Qaregin bu gümnlərdə əhaliyə müraciəti onu göstərir ki, o, insanları sülhə deyil, müharibəyə səsləyir. Adətən dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır.

Mediabaku xəbər verir ki, bütün ermənilərin katolikosu xalqa müaricət edərək bildirib ki, əlisilah tutan hər kəs cəbəhəyə gedib döyüşməlidir. Artıq sosial şəbəkələrdə də erməni "din" adamların əlində silah cəbhəyə yollandıqlarını əks etdirən görüntülər də yayılır.

Adətən bütün dinlərin əsasında sülh dayanır və adətən din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırır.

Qeyd edək ki, erməni kilsəsinin savaşa çağırışı ilk deyil. Bu kimi çağırışlar bir müxtəlif vaxtlarda baş verib. Hətta Sovet dövründə SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi erməni kilsəslərinin birində xeyli sayda silah sursat aşkarlamışdı. (Trend)


Loading...