Erməni əsgər döyüşlər barədə:
Siyasət
02.12.2020 15:40
130

Erməni əsgər döyüşlər barədə: "3-4 Azərbaycan əsgəri gəlib 30 silahlı ermənini öldürürdü"

Fransadan Qarabağa döyüşməyə gedən bir erməni əsgər "Erivan Today" kanalına müharibədə yaşananları danışıb.

MediaBaku.az Azmedia.az-a istinadən xəbər verir ki, erməni əsgər azərbaycanlı əsgərlərin əsasən gecə və sisli havalarda hücuma keçdiklərini deyib:

"Azərbaycan əsgərlərinin gəlişi ölüm mələyinin gəlişi kimiydi. 3-4 nəfər gəldilər, səngərdə olan 20-30 silahlı erməni əsgərini öldürdülər və yoxa çıxdılar. Onları gecə ova çıxan canavarlara bənzətdik".

O, 1500 erməni əsgərinin 5-6 Azərbaycan əsgərindən qaçması ilə bağlı belə deyib:

"Bəli, qaçırdıq. çünki qaçmasaq öləcəkdik".

Loading...