SON DƏQİQƏ! Ermənilər Qafanı tərk edir:  Bu ərazilər də Azərbaycana qaytarılacaq
Siyasət
17.12.2020 16:44
558

SON DƏQİQƏ! Ermənilər Qafanı tərk edir: Bu ərazilər də Azərbaycana qaytarılacaq

Ermənilər Qafan şəhərinin Azərbaycanla sərhəd olacaq ərazisini tərk etməyə hazırlaşır.

MediaBaku.az Publika.az-a istinadən xəbər verir ki, erməni əhalisi evlərini sökür, eləcə də müdafiə istehkam qurğularını dağıdırlar.

Kəlbəcərdə, Ağdamda və Laçında etdikləri kimi özlərindən sonra heç nə qoymaq istəmirlər.

Buna səbəb Qafan şəhərinin bir hissəsinin Azərbaycanla dövlət sərhədi olacağıdır.

Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz irəli çəkərək, Qafan, Gorus kimi şəhərlərini sərhədyanı ərazidən uzaqlaşdırıb, eləcə də Zəngilan, Qubadlı və Laçın kəndlərini Ermənistanın ərazisinə daxil edib.

Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövlət sərhədini BMT tərəfindən qəbul edilmiş xəritəyə uyğun yenidən qurur. Beləliklə, Ermənistan əvvəlki mövqelərinə geri çəkiləcək və Qafan şəhəri sərhədyanı ərazi olacaq. Bununla yanaşı, ermənilərin ötən il böyük investisiya yatıraraq, yenidən inşa etdiyi Qafan hava limanının bir hissəsi də Azərbaycanın dövlət sərhədinin tərkibinə daxil olacaq.

Bu bölgədə məskunlaşdırılan ermənilər artıq ərazini tərk edir. Bu gün Qafanda etiraz aksiyası da keçirilib. Lakin artıq dövlət sərhədinin beynəlxalq hüquqa uyğun qurulması istiqamətində intensiv işlər aparılır və Ermənistanın işğal dövründə öz sərhədləri tərkibinə daxil edilən bütün ərazilər qaytarılacaq.

Loading...
Loading...