Ermənilərdən Azərbaycana qarşı daha bir VƏHŞİ HƏRƏKƏT  - Professor AÇIQLADI
Siyasət
07.12.2020 11:18
417

Ermənilərdən Azərbaycana qarşı daha bir VƏHŞİ HƏRƏKƏT - Professor AÇIQLADI

Ermənistanın Mehri rayonunun şimal-qərb hissəsində olan molibden yataqlarının yuyulması nəticəsində Araz çayına kifayət qədər zəhərli maddələr axıdılır.

MediaBaku.az Axar.az-a istinadən xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Qafan inzibati rayonu ərazisindən axan Oxçuçay vasitəsilə Araz çayı çirkləndirilir:

“Kür çayı Sabirabadın yaxınlığında Araz çayı ilə birləşir və digər zərərli elementlərlə zənginləşir. Bu çirklənmə də bizim insanlarımızın sağlamlığına və təsərrüfatımıza kifayət qədər zərbə vurur. Ermənilər Ağstafaçay, Həsənsu çaylarının yuxarı hissəsində də həmin fəlakəti törədirlər”.

Loading...