Ermənilərin Hadrudda təxribat törətdiyi təsdiqləndi:  Yaralı sayı açıqlandı
Siyasət
12.12.2020 12:31
1186

Ermənilərin Hadrudda təxribat törətdiyi təsdiqləndi: Yaralı sayı açıqlandı

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

Qaynarinfo "Sputnik Armenia” agentliyinə istinadən xəbər verir ki, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də Hadrut ərazisində atışma olub. Atışmada üç erməni hərbçi yaralanıb.

Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.

Loading...