Sosial şəbəkələrdə azərbaycanlı əsirlərin yeni videosu yayılıb. Videoda erməni hərbçilərin iki nəfər azərbaycanlı əsirə işgəncə verməsi əks olunub.
MediaBaku.az Oxu24.com-a istinadən xəbər verir ki, erməni tərəfinin bu gün videosunu yaydıqları əsir hərbi qulluqçularımızdan biri Nurlan Əlizadədir. O bir neçə gün öncə Bakıya gətirilən əsirlərdən biridir. Məlum videonun da 11 noyabrda çəkildiyi iddia olunur. Yəni, video yeni deyil.
Digər hərbçimiz haqda isə hələlik məlumat yoxdur.