Ermənilərin Şahbaz və Dilqəmə qarşı növbəti təxribat cəhdi
Siyasət
18.12.2020 01:11
269

Ermənilərin Şahbaz və Dilqəmə qarşı növbəti təxribat cəhdi

Azərbaycanlı gənclərin Vikipediyada ermənilərin təxribatlarına qarşı fəaliyyəti davam edir.

MediaBaku.az Axar.az-a istinadən xəbər verir ki, 44 günlük müharibə boyunca da fəal olmuş “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə bir neçə gün öncə erməni girovluğundan azad edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin haqqında ermənilərin yaymağa çalışdığı saxta məlumatları silib.

Belə ki, erməni istifadəçilər Dilqəm Əsgərov və Şahbaz Quliyevin 2014-cü ildə Kəlbəcər rayonunda öz dədə-baba yurdlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi faktına yalan məlumatlar əlavə edib, insidenti "bir neçə gün davam etmiş terror aktı" kimi qələmə verməyə cəhd ediblər. Əllərində tutarlı arqument və mənbə olmayan ermənilər mötəbər xarici media orqanlarının məqalələrinə, AŞPA-nın qətnaməsinə rəğmən, Ermənistan dövlət təbliğatına istinad edərək hadisələri saxtalaşdırmağa cəhd ediblər.

Loading...