Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutdu
Siyasət
12.05.2022 09:36
987

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutdu

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.


Bu barədə Mediabaku.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Loading...
Loading...