Ermənistan Azərbaycan tərəfini güc tətbiq etməyə təhrik edir
Siyasət
19.07.2021 18:47
906

Ermənistan Azərbaycan tərəfini güc tətbiq etməyə təhrik edir

Hadisələr zəncirvari formada davam edir. Əvvəlcə Ermənistan tərəfinin atəşkəsi pozması, Naxçıvanı, Şuşanı, Kəlbəcəri atəşə tutması ocağa benzin tökdü. Sonra Ermənistan Baş Naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı danışıqlar sonra da Şarl Mişelin Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşməsi proseslərin planlı şəkildə getməyini göstərir.

Atəşkəsin pozulması qərbə də sərf edirdi. Onun üçün Şarl Mişel bölgəyə səfər edərək tərəflər arasında münasibətləri nizamlamaq işini aparmaq üçün vasitəçi olmağa çalışır. İstəmirlər ki, bölgədən təcrid olunsunlar. Təkcə Rusiya və digərləri yer alsın. Buna görə münaqişə tərəflərinin hər ikisi ilə dil tapmağa cəhd edirlər. Ya Azərbaycan, ya da Ermənistan hansısa biri soyuq münasibət bəsləsə bu Aİ üçün çətinlik yaradar.

Yəni hər iki tərəf razı qalsın, görsünlər ki, Avropa İttifaqı tərəfsiz olaraq sülhü bərqərar etməyə səy göstərir təəssüratı yaratmağa çalışırlar. Onun üçün Ermənistana 2.6 milyard dollar yardım ayıracaq( bu yardım bir başa deyil, müəyyən nəzarət, hesabat əsasında olacaq)

Azərbaycanla əlaqələri möhkəmləndirmək fikirlərini səsləndirir.

Ermənistan Baş Naziri Nikol Paşinyanın qərbə meyil etməsi yenə narahatlıq doğurdu. Xüsusilə də Fransa ilə yaxınlaşma Moskvada yaxşı qarşılanmır. Rusiya tərəfi Paşinyanın bu hərəkətini münasibətləri korlamağa cəhd kimi dəyərləndirir.

İyulun 20-sində Azərbaycan Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşünün olacağı bilinir. Zəncir halqaları buraya qədər planlı şəkildə gəldi. İndi Prezidentlərin görüşü başlayır. Görüşdən əvvəl bir-iki məqam mühüm yerə malikdir. Prezident İlham Əliyevin sərt çıxışı və sonra Azərbaycan müdafiə naziri Zakir Həsənovun ehtimal olunan təxribatların qarşısının alınması üçün göstərişlər verməsi hadisələrin kuliminasiya nöqtəsidir deyə bilərik. Moskva görüşündə 10 Noyabr, 11 Yanvar bəyanatları yenidən gözdən keçiriləcək. Rusiya da narahatdır ki, qərb bölgədə üstünlük əldə etməyə çalışır, tərəflər arasındakı gərginlikləri yatırmağı öz üzərinə götüməyə səy göstərir. Axı bu Rusiyaya sərf eləmir. Bölgədə sülhü qoruyan axı Rusiya gedir. Qərb bu missiyanı öz üzərinə götürsə, hələ də uğurlu alınsa Rusiyanın planlarını alt-üst oluna bilər.

Ehtimal edirəm ki, Zəngəzur dəhlizi də bu müzakirələrdə əsas yer alacaq. Zəngəzur Ermənistan ərazisi deyil. Azərbaycan torpağıdır. Zəngəzurun qərbini vaxtı ilə qanunsuz formada Ermənistana veriblər. Ermənistan tərəfi KTMT-yə, Rusiyaya müraciət edəndə bildirdilər ki, hazırki ziddiyyətlər Qarabağda getmir, nə də ki, Ermənistan ərazilərinə hücum olunmayıb. Bundan sonra Paşinyan Fransaya üz tutmağa başladı də. Bu da ki, digər himayədarları narahat elədi.

Ermənistan ona verilən şansları düzgün dəyərləndirə bilmir. Azərbaycan tərəfini güc tətbiq etməyə təhrik edir. Moskva görüşündən sonra bölgədə irəliləyişlər görə bilərik. Yəni bu irəliləyişlər Azərbaycanın leyhinə olacaq.

Elman Vəliyev-siyasi şərhçi

Loading...