Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi  vəzifəsindən azad edildi
Dünya
27.10.2020 17:36
120

Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəisi, general-mayor Ohanes Karumyan vəzifəsindən azad edilib.

Mediabaku Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

Məlumatı Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Artur Qorqyan təsdiqləyib.

O.Karumyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Loading...