Ermənistan MN: Hadrutda döyüş başladı
Siyasət
12.12.2020 21:31
465

Ermənistan MN: Hadrutda döyüş başladı

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yenidən hərbi əməliyyatların başlanması barədə məlumat verib.
 
MediaBaku.az xəbər verir ki, bu barədə "RİA Novosti” xəbər yayıb.
 
Həmçinin separatçı birləşmələrin "münasib tədbirlər gördüyü” iddia edilir.
 
Öz növbəsində "Sputnik” Ermənistan Hadrut ətrafında iki kəndin Ermənistan tərəfinin nəzarəti altında qaldığını, lakin bu ərazilərə gedən bütün yolların Azərbaycan tərəfinin nəzarətində olduğunu, bu səbəbdən kəndlərin anklav olaraq qaldığını qeyd edib. Azərbaycan ordusu bu istiqamətdə hücuma keçib.
 
Xatırladaq ki, ötən gün erməni tərəfi Hadrutda təxribata əl atıb və nəticədə Azərbaycan ordusunun bir əsgəri yaralanıb. (Oxu.az)
Loading...
Loading...