Siyasət
15.12.2020 17:38
308

"Ermənistan rəhbərliyi bu yolla gedərsə o zaman daha sərt və kəskin addımlar atılacaq" - Politoloqdan SƏRT AÇIQLAMA

"Azərbaycan regionun güclü, qüdrətli dövlətidir, siyasi, iqtisadi eləcə də hərbi cəhətdən regionun lideridir və bu liderlik uzun illər ərzində keçrilmiş  islahatlar və yenilənmələr sayəsində mümkün olub".


Bu barədə tanınmış politoloq İlyas Hüseynov MediaBaku.az-a danışarkən deyib.


Onun sözlərinə görə, Zəfər paradı Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyduğu istənilən tapşırğı ləyaqətlə yerinə yetirməyə hazır olduğunu göstərdi.


"10 dekabr Azərbaycanın keçirdiyi Zəfər Paradı bir sıra məqamları ilə yadda qaldı. Bu parad ölkəmizin ikinci Qarabağ müharibəsində qazandığı qələbənin təntənəli nümayişi idi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin, həm şəxsi heyəti nümunəvi keçid etdi, eyni zamanda düşməndən qənimət kimi götürülmüş hərbi texnikalar nümayiş olundu və bizim zirehli texnikalarımız, pilotsuz uçan aparatlarımız, hava hücumundan müdafiə sistemlərimiz və döyüş meydanında məharətini göstərmiş texnikalarımız tamaşaçılara, eləcə də bütün dünyaya nümayiş olundu. Bu onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyduğu istənilən tapşırğı ləyaqətlə yerinə yetirməyə hazırdır. Əgər bir daha da erməni faşizmi baş qaldırarsa biz erməni silahlı qüvvələrini darmadağın edəcəyimizin əyani nümunəsi idi", - deyə politoloq bildirib.


O qeyd edib ki, bu parad hələ uzun müddət müzakirə olunacaq.


"Azadlıq meydanı bir sıra tarixi hadisələrə şahidlik edib, Azadlıq meydanında biz 20 Yanvar faciəsinin qurbanları ilə vidalaşmışıq, Azadlıq meydanında Azərbaycan öz müstəqilliyini əldə etmək və Sovet İmperyasının tərkibindən çıxmaq üçün nümayişlər keçiridib. Azadlıq meydanında buna qədər bir sıra hərbi paradlar olub. Amma bu parad həm də qalibiyyətlə paralellik təşkil edib. Mənə elə gəlir ki, 2020-ci ilin 10 dekabr tarixində keçirilmiş bu parad hələ uzun müddət müzakirə olunacaq, çünki bu paradda həm Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın söylədiyi çıxışı hələdə bir sıra yerlərdə bir çox siyasi ekspertlər təhlil edirlər,  eləcə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli,  prinsipial mövqeyinin paradda nümayişi oldu və bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli maraqlarımızı bundan sonrada qətiyyətlə qoruyacaq. Və əgər erməni silahlı birləşmələri, yaraqlılar və ya hər hansısa niyyəti olan, pozuculuq fəaliyyəti ilə məşğul olan testruktiv fəaliyyətə əl atmağa çalışan, Ermənistan rəhbərliyi bu yolla gedərsə o zaman daha sərt və kəskin addımlar atılacaq. Azərbaycan regionun güclü, qüdrətli dövlətidir, siyasi, iqtisadi eləcə də hərbi cəhətdən regionun lideridir və bu liderlik uzun illər ərzində keçrilmiş  islahatlar və yenilənmələr sayəsində mümkün olub. Hazırda Azərbaycan xalqının çox güclü siyasi iradəsi var,  eləcə də xalq iqtidar birliyi bizim gücümüzə daha da güc qatır", - deyə İlyas Hüseynov qeyd edib.


Fəxriyə Qarayeva

Müharibə
Zəfər paradı
Politoloq
Bakı
Ermənistan
Qarabağ
Loading...