Ermənistan vətəndaş müharibəsinə yuvarlanacaq  - Deputat
Siyasət
23.12.2020 17:49
137

Ermənistan vətəndaş müharibəsinə yuvarlanacaq - Deputat

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvələrinin qazandığı tarixi qələbə Ermənistanda siyasi gərginliyi pik həddə çatdırıb. Erməni baş nazirin kapitulyasiya aktına imza atması nəticəsində işğalçı ölkədə bütün siyasi qruplaşmalar ona qarşı birləşib. Artıq Paşinyana qarşı bir hərəkat formalaşıb. Yeganə tələb onun istefasıdır.


MediaBaku.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.


Deputat bildirib ki, N.Paşinyan istefa verməsə, ona qarşı yeni kompaniya başlanacaq:


"Ermənistanda istefada olan generallar, erməni katalikosu, universitet müəllimləri, professorlar, tələbələr Paşinyana etraz edir. Eyni zamanda işğalçı ölkədə 25-30 faiz kütlə N. Paşinyanı müdafiə edir. Belə reallıqda Ermənistanda proseslər hansı istiqamətdə inkişaf edə bilər? İlk növbədə Ermənistanda yeni inqilabın olması labüddür. Bu heç də “məxməri” inqilab olmayacaq. Bu dəfə qanlı inqilabın olması mümkündür. Beləliklə, Ermənistan vətəndaş müharibəsinə yuvarlanacaq”.


Elman Nəsirova görə, bu gün Ermənistanda əhalinin 60-70 faizi Paşinyanın əleyhinədir:


“Onun cəmi 25-30 faiz müdafiəçisi var. Belə olan vəziyyətdə vətəndaş müharibəsi qaçılmazdır. Bu da Paşinyanın məsələlərə hansı prizmadan yanaşmasından asılı olacaq. Baş nazirdən narazı qalan generalların iştirakı ilə hərbi çevrilişin baş tutması mümkündür. Bu saray çevrilişi olacaq. Hakimiyyətdən Paşinyanı generallar uzaqladıracaq. Polis və təhlükəsizlik orqanları Paşinyanı müdafiə etməkdən imtina etməklə generallar hakimiyyətə gələ bilər. Təzyiqlər fonunda Paşinyanın istefası mümkün görünür. Onun eks baş nazir haqqında qanun, təhlükəsizliyinə zəmanət aldıqdan sonra hakimiyyəti təhvil verməsi mümkündür. Hazırda belə versiyalar Ermənistan üçün keçərlidir”.


Millət vəkli indiki halda Ermənistanın ötən əsrin 90-cı illərinin Azərbaycanını xatırlatdığını qeyd edib:


“Heç kim, heç kimin kitabını oxumur. Hə kəs bir-birinə düşmən gözü ilə baxır. Hakimiyyət daxilində anarxiya hökm sürür".

Loading...
Loading...