Ermənistana ÖLDÜRÜCÜ ZƏRBƏ:  tam şəkildə Azərbaycana keçdi  - İrəvan ŞOKDA
Siyasət
27.12.2020 12:04
359

Ermənistana ÖLDÜRÜCÜ ZƏRBƏ: tam şəkildə Azərbaycana keçdi - İrəvan ŞOKDA

Hadrut (Ağaoğlan) rayonunun Tuğ kəndində yerləşən "Kataro" şərab istehsalı zavodu Bakının nəzarətinə keçib.


MediaBaku.az publika.az-a istinadla xəbər verir ki, bu barədə "SputnikArmenia"ya Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avag Arutyunyan məlumat verib.


O bildirib ki, üzüm bağları və şərabla dolu çəlləklər olan emalatxana tam şəkildə Azərbaycanın mülkiyyətinə keçib.


İlkin məlumatlara görə, istehsalçıya dəyən ziyan miqdarı bir milyon dollardan çoxdur.


Arutyunyan qeyd edib ki, indi hamı şokdadır:


"Şərab istehsalçıları birləşməyi və Qarabağ şərab dükanını bərpa etməyi planlaşdırırlar.


İstehsal 2002-ci ildə, ilk qablaşdırma 2010-cu ildə başlayıb. Şərabın adı 17-ci əsrdə Dizapayt dağında inşa edilmiş Kataro monastırının adını daşıyır. Şərab Khndogni üzümündən hazırlanıb (100%). Saxlama üçün Dağlıq Qarabağda bitən palıddan hazırlanan çəlləklərdən istifadə edilib.

Loading...
Loading...