Ermənistana təhvil verilmiş 15 erməni hərbçinin görüntüləri yayıldı -  FOTO
Cəmiyyət
12.06.2021 20:53
301

Ermənistana təhvil verilmiş 15 erməni hərbçinin görüntüləri yayıldı - FOTO

MediaBaku.Az Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təhvil verməsindən sonra ölkəsinə qaytarılan 15 hərbçinin görüntüləri yayılıb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Loading...