Ermənistanda əsir-girovluqda olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb - RƏSMİ
Siyasət
17.12.2020 11:27
194

Ermənistanda əsir-girovluqda olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb - RƏSMİ

"Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcəkdir. Döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir".

MediaBaku.az "Report"a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

"Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir", - o vurğulayıb.

Loading...