Ermənistanda hərbi çevriliş: Paşinyanın sonu... - İNANILMAZ HİYLƏ
Siyasət, Dünya
26.07.2021 12:09
34

Ermənistanda hərbi çevriliş: Paşinyanın sonu... - İNANILMAZ HİYLƏ

Xəbər verdiyimiz kimi, Ermənistanda müdafiə naziri Vaqarşak Arutyunyan qəfil istefa verib. Bəs bunun səbəbi nədir?

Bu barədə açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, əslində Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi:

"V.Arutunyan 1999-2000-ci illərdə Ermənistanda nazir postunu tutub. Lakin eks-prezident Robert Köçəryan onu bu vəzifədən ağır ittihamlarla qovmuşdu. N.Paşinyan 2020-ci ildə V.Arutunyanın rütbəsini qaytardı və onu özünə hərbi müşavir təyin etdi. V.Arutunyan müharibədə məğlubiyyətdən sonra nazir təyin edildi. O, məğlubiyyətə şərik olmaq istəmirdisə, elə o zaman nazir vəzifəsindən imtina etməliydi. Etmədi və məğlubiyyətə şərik oldu. Əksinə, V.Arutunyan qiyamçı Baş Qərargah rəisi Onik Qasparyanın sakitcə kreslosunu boşaltması üçün N.Paşinyana yardım etdi və bununla hərbi çevrilişin qarşısını aldı".

Politoloq bildirib ki, Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib və atəşə daha artıq atəşlə cavab verir:

"Müharibədə məğlubiyyətdən sonrakı hadisələr Ermənistan ordusunun nüfuzunu daha da aşağı salmaqdadır. V. Arutyunyan özü bacarmadığını Rusiya hərbçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənləşməsinə qarışmaq istəmədi. Bu vəziyyətdə o, istefaya üstünlük verdi. Onun ya Təhlükəsizlik Şurasının katibi, ya da Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı ehtimalları var.

Beləliklə, Nikol Paşinyan yeni müdafiə naziri tapmalıdır. Ermənistan üçün indiki ağır vəziyyətdə generallar arasında müdafiə naziri olmaq istəyənlərin sayı çox deyil".

Redaktor.az

Loading...
Loading...