Ermənistanda vətəndaş
Dünya
19.12.2020 17:24
486

Ermənistanda vətəndaş "MÜHARİBƏSİ" BAŞLANDI - Ölkə ÇALXALANIR

İrəvanda qarşıdurma yaşanır.

MediaBaku.az Azsabah.com-a istinadən xəbər verir ki, ölkənin paytaxt şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma meydana gəlib. 

Məlumata görə, işğalçı Ermənistan ordusunun veteranları və ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin “Yerablur” hərbi qəbiristanlığına qalxmasına icazə verməmək niyyətindədirlər. Onlar bildiriblər ki, Paşinyan və komandasının Yerabluru ziyarət etmək haqqı yoxdur. 

Qeyd edək ki, bu gündən Ermənistanda Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar zamanı itirilmiş hərbi qulluqçulara görə üçgünlük matəm başlayıb. Həmin matəm çərçivəsində İrəvanda Paşinyanın rəhbərliyi ilə yürüş keçirilir.

Loading...