Ermənistanın fəaliyyəti KTMT-nin Nizamnaməsinə ziddir Türkiyə hökuməti
Siyasət
27.10.2020 14:09
72

Ermənistanın fəaliyyəti KTMT-nin Nizamnaməsinə ziddir Türkiyə hökuməti

Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarlaşdırmaq lazımdır, çünki onun fəaliyyəti ilk növbədə təşkilat üçün təhdid yaradır.

Mediabaku xəbər verir ki, bu barədə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın fəaliyyəti KTMT-nin Nizamnaməsinə ziddir. Nizamnamənin 3-cü maddəsində qeyd olunur ki, bu təşkilatın məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsidir:

“Ermənistanın bütün addımları isə regionda destabilizasiyaya yönəlib və dünya ictimaiyyəti bunu çox gözəl bilir”.

Bundan başqa, qeyd olunub ki, Nizamnamənin 8-ci bəndinə uyğun olaraq üzv dövlətlər digər üzvlərin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan böhran vəziyyətlərə reaksiya vermək məqsədilə Təşkilat çərçivəsində tədbirlər görür:

“Amma hərbi əməliyyatlar sırf Azərbaycan ərazisində aparıldığı üçün Ermənistan KTMT-yə müraciət etmək hüququna malik deyil”.

Türkiyə hökumətində istisna etməyiblər ki, Ermənistan KTMT daxilində “Troya atı” rolunu oynayır və bu cür vacib strukturda Qərbin maraqlarını icra edir.

Loading...