Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək  ŞƏHİD OLDU
Hadisə
28.11.2020 11:30
109

Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU

Azərbaycanlı əsgər minaya düşərək şəhid olub.

Sonxeber.az xəbər verir ki, şəhidimiz Nahid Musa oğlu Ağalarovdur. O, 44 günlük müharibənin qəhrəmanlarından biridir. Bir neçə gün öncə Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.

Bildirilir ki, Nahidin böyük qardaşı Yaşar da Birinci Qarabağ müharibəsində - Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadı deyə ona şəhidlik statusu verildi. Tale elə gətirdi ki, Nahid də qardaşının döyüşdüyü yerdə - Şuşa, Daşaltı yaxınlığında şəhid oldu.

Loading...