Fariz Bəxşəliyevin videosu saxta çıxdı:  Türkiyə Prokurorluğu hərəkətə keçdi - VİDEO
Dünya
27.01.2021 14:32
334

Fariz Bəxşəliyevin videosu saxta çıxdı: Türkiyə Prokurorluğu hərəkətə keçdi - VİDEO

Türkiyəni ağladan videosu saxta çıxan youtuber Fariz haqqında həbs qərarı verilib.


MediaBaku.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğu azyaşlı uşağı istifadə edərək bir video çəkən və sosial media hesabında paylaşan Fariz Bəxşəliyev haqqında istintaq başladıb.


Bildirilir ki,  videonun saxta olduğu başa düşüldükdən sonra Baş Prokurorluq Farizin barəsində həbs qətimkan tədbiri verib. Polis təlimat əsasında Baxşəliyevin tutulması üçün hərəkətə keçib.

 
ANASI VİDEOYA MÜNASİBƏT BİLDİRDİ


Uşağın anası S. K, YouTuber Farizin böyük oğlunun dostu olduğunu və kiçik uşağı əyləncəli bir video çəkmək üçün aldatdıqlarını söyləyərək, "Mənim uşağımın salfet və su satıcısı kimi göstərilməsini sevmədim”, - deyə bildirib.


Videonu çəkən şəxslə bağlı isə araşdırma aparılır.

Fidan Abbaslı

Yutuber
Youtube
Loading...