Fərman İsmayılovun dəfn olunacağı yer açıqlandı
Cəmiyyət
27.01.2021 10:34
404

Fərman İsmayılovun dəfn olunacağı yer açıqlandı

Yanvarın 23-də dəniz quldurlarının Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücumu nəticəsində öldürülən azərbaycanlı mühəndis 1976-cı il təvəllüdlü Fərman İsmayılov bu gün dəfn olunacaq.


MediaBaku.az-ın “Report”a istinadən məlumatına görə, o, Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq.


Hazırda F.İsmayılovun cənazəsi Azərbaycana gətirilməsi üçün Türkiyədən yola salınıb.


Qeyd edək ki, hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Loading...