FETÖ-nün
Maraqlı
25.01.2021 11:01
346

FETÖ-nün "qaranlıq təbiəti" ilə bağlı Alman mütəxəssisdən xəbərdarlıq: İlluminati təriqətindən daha təhlükəlidir

"FETÖ gizli bir ittifaqdır. Gülənin tərəfdarları, cəmiyyətin bütün sahələrində möhkəm bir harmoniya və sadiq əlaqələrə sahib bir toplum quruluşuna çatıblar. Bununla da əfsanəvi "İlluminati"dən daha böyük gücə sahib olan gizli ittifaq yaradıldı".


MediaBaku.az bildirir ki, bu barədə 
Türk hüquq mütəxəssisi, Alman hüquqşünas kristian Rumpf bildirib.


Bavyera əyalətinin "Gülən hərəkatı" olaraq xarakterizə edildiyi xəbərində, Bavyera əyalətinin illik 975 min avro olan Frohsinn (Joy) təhsil dərnəyini dəstəklədiyi qeyd edilib. 


"Hərəkatın bir xüsusiyyəti şəffaf olmamasıdır. Bu şəbəkə Augsburqda da 30 ildir ki, gözə dəymir. "Frohsinn" dərnəyi 2009-cu ildə Münhen, Ingolstadt, Neu-Ulm və Ravensburg qardaş birlikləri ilə birgə, qızlar üçün xüsusi bir internat orta məktəbi və liseyi qurdu. 
Bavariya Mədəniyyət Nazirliyinin məlumatlarına görə, burda 164 qız təhsil alır və Bavariya Dövləti ildə 975.000 avro ayırır. Tələbələrin təxminən yüzdə 90-ı türk mənşəlidir. Məktəb Lixtenşteyn, Avstriya və İsveçrədən tələbələr qəbul edir. Xəbərlərdə FETÖ təmsilçilərinin 2016-cı ildən bəri vəd etdikləri şəffaflığın hələ də olmadığını vurğulayan təşkilat tərəfindən, "Hərəkatda bir" qara qutu "var, içərisinə baxmaq lazımdır", - deyə dərc edilən məqalədə bildirilib.


Xəbərdə də ifadəsinə yer ayrılan, Augsburg şəhərinin İnteqrasiya rəsmisi Matthias Garte də "Frohsinn" adlı qurumda, - "Bunun arxasında bir şəbəkənin olduğuna şübhə edirik. 2015-ci ildən vəzifəsindən ayrılana qədər, məsul şəxslər İslamın və ya bir hərəkatın onlar üçün əhəmiyyətli bir rol oynadığını inkar ediblər" - deyə ifadəsindən vurğulayıb.


Məlumatda ayrıca FETÖ-nün Türkiyədəki bürokratiyası, məhkəmə, ordu və polisdəki yüz minlərlə üzvünün olduğu da xatırladılıb.


Ayşən Babayeva

FETÖ
Türkiyə
Almaniya
Loading...