Filipe Koutinyo
İdman
11.01.2022 17:04
653

Filipe Koutinyo "Barselona"dan ayrılır?

İspaniyanın "Barselona" klubunun braziliyalı futbolçusu Filippe Koutinyo klubdan ayrılmaq istəyir.


MediaBaku.az xarici mənbələrə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını İngiltərədə davam etdirmək istəyir. "Barselona" rəhbərliyi futbolçunun komandadan ayrılmaq qərarına müsbət yanaşır. Buna səbəb Koutinyonun zədələrdən əziyyət çəkməsi və qənaətbəxş oyun sərgiləməməsi göstərilir.


Xarici mənbələrdə yazılan iddialara görə braziliyalı ulduz futbolçu ilə "Tottenhem" və "Arsenal" klubları maraqlanır. Amma Koutinyonun yüksək maaşı futbolçuya namizəd olan klubların geri addım atmasına səbəb olur və  görünən odur ki, futbolçu sadəcə icarə əsasında "Barselona"dan  ayrıla biləcək.


Qeyd edək ki, Koutinyo bu mövsüm "Barselona" forması ilə oynadığı 16 matçda 2 qol ilə yadda qalıb.


Sadiq İsmayılov

Loading...
Loading...