Fransaya böyük şok: BƏƏ ilə birlikdə...  – Rəzilliyin faktları üzə çıxdı
Dünya
15.12.2020 13:55
137

Fransaya böyük şok: BƏƏ ilə birlikdə... – Rəzilliyin faktları üzə çıxdı

Fransa və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəməndə ortaq bir həbsxana və işgəncə mərkəzi yaratdıqları iddia edilmişdi. Vaxtilə təkzib edilən iddialar yenidən gündəmə gəlib.

MediaBaku.az Teleqraf.com-a istinadən xəbər verir ki, ərəb mediası Fransanın “Total” şirkətinin Yəməndə istismar etdiyi Belhaf qaz yatağında BƏƏ tərəfindən gizli baza qurulduğunu iddia edib.

Müxalifət nümayəndələrinin bu işgəncə mərkəzində saxlanıldığı bildirilib. İşgəncə iddiası ilə bağlı bu il iyununda BMT-yə müraciət edilib. BƏƏ-dəki İşgəncə Qurbanları Dərnəyi və İsveçrənin “Mena” qeyri-hökumət təşkilatı “Total”ın Belhafdakı müəssisəsində işgəncəyə məruz qalmış bir qurbanın iddialarını BMT-yə təqdim edib.

“Əsgər məni kameraya itələdi və”Cəhənnəmə xoş gəlmisən” dedi. Kameralar 20 kvadratmetrdən böyük deyildi və havalandırma sistemi yox idi. Aylarla işgəncə gördüm, amma sağ qaldım”, - qurbanın dilindən BMT-yə daxil olan iddiada bildirilib.

İddialar Fransa parlamentinin də gündəminə gəlib. 51 millət vəkili məsələ ilə əlaqədar Xarici işlər naziri Jan-İv Le Driana məktub təqdim edib. Nazirdən BƏƏ-nin Yəməndəki müxaliflərə işgəncə vermək üçün istifadə etdiyi hərbi baza və həbsxananın yerləşdiyi ərazidə fransız şirkətinin olması, cinayətdə iştirak etməsi ilə bağlı sualları cavablandırmaq istənilib.

Məktubun hazırlanmasına rəhbərlik edən millət vəkili Hubert Jülyen-Lafferiyer BƏƏ-dən hesab istəməyin vaxtı çatdığını bildirib.

Loading...