Fuad Heydər:
Siyasət
23.10.2020 17:00
124

Fuad Heydər: "Haqq-ədalətin zəfərinə Ali Baş Komandanla birlikdə sevinirik"

Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət xalqımızın maraqları üzərində qurulub.

Cənab Prezident ilham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının və qəlbində Azərbaycan sevigisi olan hər kəsin qürur yeridir. Düşmən üzərində qazandığımız qələbələr onun cəsarətinin, uzaqgörənliyinin və polad iradəsinin nəticələridir. Cənab prezidentin Azərbaycan dövlətinin şanlı ordusunun və xalqımızın tarixin ən böyük qəhrəmanlıq dastanlarından birini yazdığını görürük. Qarabağ həmişə Azərbaycanın olub və əsrlər boyu da Azərbaycanın olacaq. Qarabağdan gələn hər bir şad xəbəri səbirsizliklə gözləyir, diqqətlə izləyirik. Haqq-ədalətin zəfərinə onunla, Azərbaycan xalqı ilə birlikdə sevinirik.  

Böhran dönəmində doğru qərarlar qəbul etmək bacarığı, müdrik, düşünülmüş və uzaqgörən addımların atılması xalqımızı ən əsas nüanslarından biridir. Bəşəriyyətdə baş verən proseslər göstərir ki, tarixdə o liderlər iz qoyurlar ki, onlar ən çətin dönəmlərdə vətəndaşlarının yanında olur və xalq üçün xilaskarlıq missiyasını yerinə yetirirlər. Bu baxımdan, cənab Prezident İlham Əliyev həqiqətən Azərbaycan xalqı üçün qəhrəman liderdir. Bundan əlavə, dövlət başçısının vətəndaşların yanında olması, problemlərin birbaşa olaraq onların dilindən eşidilməsi göstərir ki, Prezident İlham Əliyev birbaşa vətəndaşlarla təmasda olmağa maraqlıdır. Bu iki tandem, lider və vətəndaş hörməti, qarşılıqlı etimad ümumilikdə ölkəmizin sosial iqtisadi inkişafına xidmət edir.

Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu uğurla irəliyə gedir. Şanlı Ordumuzun apardığı əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azad olunmasına başlanıb. Bütün Azərbaycan xalqı Ordumuza dəstək nümayiş etdirir və bu uğurlara sevinir. Biz hamımız, bütün Azərbaycan xalqı Prezident, Ali Baş Komandanın ətrafında sıx birləşmişik və işğal olunan torpaqlarımızın azad olunacağına tam əminik.

Fuad Heydər

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini

Loading...
Loading...